Həftəsonu geyimləri üçün 4 alternativ

Həftəsonu geyimləri üçün 4 alternativ

Y

oldaş yığıncaqları, sevgiliylə görüş və alış-veriş kimi bir çox planı yerləşdirdiyimiz həftə sonlarında həm gözəl, həm də rahat görünmək istəyirik. Əgər siz də qarderobun qarşısında saatlarla nə geyinsəm - deyə düşünürsünüzsə, sizin üçün hazırladığımız kombi təklifləri olduqca köməkçi olacaqdır. Rahat: Cins şalvar və sweatshirt ikisini bir arada istifadə edəcəyiniz rahat bir kombi ilə həm sport həm də gözəl bir görünüş yarada bilərsiniz. Soyuq havalarda böyük xilaskarınız olan yun papaq ilə görünüşünüzə sevimlilik qatın. Stilinizi qısa bir bot və çiyin çantası ilə tamamlayaraq üslubunuzda bütövlük təmin edə bilərsiniz.Sport: Bütün həftə boyu dabanlı ayaqqabı geyməkdən bezdinizsə, sport ayaqqabıları ayağınıza keçirməyin tam zamanıdır! Cins şalvar, geniş bir kofta, rahat ayaqqabılar və sadə bir at quyruğu ilə sport zərifliyinə imza ata bilərsiniz.

Küçəyə çıxmaq və bütün həftənin stressini atmaq üçün nə gözləyirsiniz?!

Cool: Cool tərzinizi daim yaşatmaq istəyirsinizsə oversize bir palto, qeyri-adi bir günəş eynəyi və qısa botlar tam sizə görədir! Gözəlliyinizi bir neçə iddialı aksessuar ilə tamamlaya bilərsiniz. Çanta olaraq isə yandan asqılı sadə, amma fərqli bir modelə üstünlük verin. Rok: Bu həftə sonu həm rahat, həm də mövsüm trendlərinə uyğun bir mənzərə yaratmaq üçün cins köynək və dəri şalvar cütlüyünü seçim edə bilərsiniz. Stilinizi stiletto ya da qısa botla tamamlaya bilərsiniz, seçim sizindir. Ancaq stilettolarla roker görünüşünüzə cazibədar bir hava qatmağınız mümkündür. Kombininizdə zımba detallı parçalara yer verərək içinizdəki asi qadını ortaya çıxara bilərsiniz.Zımbalı bir stiletto ya da zımbalı bir çantaya nə deyərsiniz?