Cins qələm ətəklər

Cins qələm ətəklər

B

u aralar dünya şöhrətli sənətkarların üzərindən çıxartmadığı bu ətəklər, qələm ətək modasına sport tərzində bir şərh gətirir. Fərqli kombin seçimləri ilə hər tərzə bürünə biləcəyiniz bu geyimi qarderob fəaliyyətinizə əlavə etməyinizi mütləq tövsiyyə edirik. Bu ətəyi stilimə necə uyğunlaşdıraram deyənlər üçün, küçə stilindən ilham verici kombin nümunələrini bir araya gətirdik.Dağınıq tərzdə olan bir koftayla geydiyiniz ətəyinizi stilletto ilə tamamlayaraq rahatlıqla feminən tərzini yarada bilərsiniz.Həm xanım-xatın olub, həm də cəlbedici görünmək mümkündür.Bunu necə edə bilərik? Cavabı çox asandır: Ön hissədən düyməli qələm cins ətəyinizi gözəl bir köynəklə kombinləyərək... Ətəyi öz rəngindən açıq tonda mavi bir köynəklə kombin edin. Köynəyin ətəyin içində qalmasını söyləməyimizə ehtiyac yoxdur məncə. Ön hissədən düyməli ətəyinizin altdan bir neçə düyməsini açıb yırtmac bir görünüş verərək daha cazibədar bir hava yarada bilərsiniz.Bu zərif gözəlliyi tamamlamaq üçün ayaqqabı seçiminizdə stilettodan faydalanmağı unutmayın.

Cins qələm ətəklə edəcəyiniz kombinlərlə istər şıq, istər sport, istəyirsinizsə xanım-xatın bir görünüş yarada bilərsiniz.

Cins köynəyinizi dərin kəsikli qələm cins ətəklə kombinləyərək sport və gözəl bir görünüşə qovuşa bilərsiniz. Olivia Plaermonun seçim etdiyi kimi, paltarınızı dabanlı ayaqqabı ilə tamamlayaraq feminən bir tərzi nümayiş etdirə bilərsiniz.Yırtmac tərzli kəsikli cins ətəyinizi slip-on sport ayaqqabıları ilə tamamlayaraq rahat bir zəriflik əldə edə bilərsiniz. Üzərində dağınıq tərzdə olan köynək seçim etməyiniz ideal bir seçim olacaqdır.Qələm cins ətəyinizi mövsümün trendi damalı köynəklərlə kombinləməyi sınamağı unutmayın. Kiçik çiyin çantası və stilettolar ilə tamamladınızmı, yoldaşlarınızla görüşə hazırsınız deməkdir.Cins ətəyinizlə sport və zərif bir tərz yaratmaq istəyirsinizsə, triko və stilletto cütlüyü əmrinizə hazırdır. Cins qələm ətəyinizi ağ hörgülü bir vadalasqa və kremi tonlarda stiletto ilə geyinərək rahat və zərif bir kombin edə bilərsiniz. Ayaqqabı edəcəyiniz kiçik bir dəyişikliklə sport paltarınızı asanlıqla zərif bir hala gətirə bilərsiniz. Tək etməniz lazım olan gündüz üstünlük verdiyiniz sport ayaqqabınızı dabanlı ayaqqabı ilə dəyişməkdir. Stiletto ilə kombinləyərək zərif bir üslub yaradarkən, sport ayaqqabı və ya babetlərlə rahat bir görünüş əldə edə bilərsiniz.