Qadınların ehtiyac duyduqları vitaminlər

Qadınların ehtiyac duyduqları vitaminlər

S

tresli həyat şəraiti, sıx templi iş həyatı və bənzər vəziyyətlər lazımi gün ərzində çox enerji xərcləyirik. Bu halda baş ağrısı, yorğunluq, halsızlıq kimi əlamətlərlə qarşılaşma ehtimalı artır.Kifayət qədər vitamin və mineral dəstəyi almayan qadınlar, intensiv həyat tempinə ayaq uydura bilməyib halsız düşür. Bu mənada sağlam qidalanma ilə yanaşı, çarəni vitamin və qida qəbulunda tapırlar. Bu vitaminləri təbii yolla, yəni qidalardan almaq ən məsləhətlisidir. Ancaq müxtəlif vitamin dəstəkləyiciləri ilə də sağlam həyata qovuşmaq mümkündür.Orqanizminizin ehtiyacı olan gücə çatması və gün boyu enerjinizin yüksək olması üçün bir sıra qida qəbul etməyinizdə də fayda var. Sizlər üçün ehtiyacınız olan vitamin dəstəkləyicilərini bir araya gətirdik.Kalsium: Qadınların ən böyük problemlərindən biri də erkən yaşda görünən sümük əzələlərindəki azalmadır. Sümük əriməsi kimi tanınan Osteoporozun qarşısını almaq üçün gündə 1000 - 1500 milliqram kalsium almanızda fayda var. Gündəlik yeməyinizə daxil edəcəyiniz süd, pendir, qatıq və yaşıl yarpaqlı tərəvəzlər ilə bir tablet kalsium dəstəkləyicisi, gündəlik ehtiyacınız olan miqdarı qarşılayacaq.Dəmir: Qan çatışmazlığının qarşısını almaq üçün dəmir dəstəkləyicisi almağınız şərtdir. Ehtiyacınız olan dəmirin bir qismini dəmir baxımından zəngin olan ət, yumurta və lobya kimi qidalardan ala bilərsiniz. Ancaq əsl mənada güclü bir dəstək üçün dəmir dəstəkləyicilərindən istifadə etməlisiniz. Dəmir nisbətini yüksəldən tabletlər, C vitamini ilə birlikdə alındıqda sintezləşdirmə müddəti azalarkən, gündəlik dəmir ehtiyacınız qarşılanıb üşütmə və halsızlıq kimi problemləriniz aradan qalxacaq.

Araşdırmalara görə multivitaminlər həm zehni açan həm də enerji verici xüsusiyyətlərə sahibdir.

Fol Turşusu: Fol turşusu, xüsusilə hamilələr və hamilə olmağa hazırlaşan qadınlar üçün vacib bir dəstəkləyicidir. Bu prosesdə B vitamini çatışmazlığı körpənin beyin və onurğa quruluşuna mənfi istiqamətdə təsir göstərə bilər. Bu səbəblə hamiləlik dövründə qida dəstəkləyicilərindən başqa, fol turşusu baxımından zəngin olan ispanaq, lobya, bamiyə, kahı, və portağal suyu qəbul etməyinizdə fayda var.Omega 3 və Balıq Yağları: Omega 3 yağ turşuları sağlamlıq baxımından olduqca faydalıdır. İltihabları yaxşılaşdırıcı xüsusiyyəti ilə ürəyə gedən damarları təmizləyir.İrəliləyən yaşlarda rast gəlinəcək ürək xəstəliklərinə qarşı da qoruyucu bir funksiyaya malikdir .Omega 3 almağın ən asan yolu bol alabalıq və ton balığı yeməkdir. Alabalıq və ton balığında yüksək nisbətdə Omega 3 var. Ancaq bu balıqları hər gün istehlak etmək əvəzinə, həftədə bir yeməyinizdə fayda var. Əks halda qandakı civə səviyyəsi yüksək nisbətlərə çıxa bilər.Gündəlik omega 3 ehtiyaclarınızı qida dəstəkləyicilərindən də ala bilərsiniz. Bu vəziyyət qan dəyərlərinizə hər hansı bir problem yaratmaz. Həmçinin balıq yağları da omega 3 baxımından son dərəcə faydalıdır. Hər gün bir ədəd balıq yağı tablet içməyinizin sağlamlığınıza ümumi mənada faydası olacaqdır.B Vitamini: Orqanizminizin B vitamini ehtiyacı da yaş irəlilədikcə artır. B vitamininin irəliləyən yaşlarda sintezi azalır. Bu halda qida dəstəkləyicələrindən qaçılmaz olur. B12 Vitamini qırmızı qan hüceyrələrinin inkişafını təmin edib sinir hüceyrələrini qoruyarkən, B6 vitamini qırmızı qan hüceyrələrinin inkişaf formasını tarazlıqda saxlayır.B2 vitamini çatışmazlığı ağızda və dildə ağrı verən iltihablı yaralara səbəb olarkən, çəp görmə şəklində narazılıqlara yol açır. B2 vitaminini artırmaq üçün süd və süd məhsulları, yumurta sarısı, ət və balıq kimi qidalar yeməyiniz məsləhətlidir. B12 nisbətini yüksəltmək üçün isə böyrək, mal əti, yumurta və balıq kimi qidalar istehlak etməyə diqqət yetirin.