Bel hissəsini incəltməyə kömək edəcək 7 qida

Bel hissəsini incəltməyə kömək edəcək 7 qida

Q

adınların ən böyük problemlərindən biri də bədən hissələrindəki artıq çəkilərdir. Xüsusilə bud və qarın bölgəsindəki artıq çəkilər qadınların bitmək bilməyən qorxulu yuxusu kimidir. Göbək hissəsindəki yağları necə əridərəm, belimi necə incəldərəm - deyə qara-qara düşünmüyün.Bunun üçün 7 faydalı qidanı təqdim edirik. Badam: Lifli qidalar arasında yer alan badam, E vitamini baxımından da olduqca zəngin bir qidadır. Lif dəyəri yüksək olan badam, qarın bölgəsindəki artıq çəkilərdən xilas olmaq üçün ideal bir qidadır.Avokado(Amerikan Armudu) :Tropik meyvələrdən biri olan avakado, dəri yeniləmə xüsusiyyəti ilə yanaşı, qarın yağlarını yandırma prosesində də olduqca uğurludur.Alma: Ürək, təzyiq, mədə narahatlıqları başda olmaq üzrə bir çox xəstəliyə yaxşı gələn alma, bel bölgəsini zəiflətməkdə da son dərəcə təsirlidir. Həzmi asanlaşdırılması səbəbilə pəhriz reseptlərində hər zaman yer alır. Yaşıl yarpaqlı tərəvəzlər: Vitamin, lif, kalsium və antioksidant baxımından zəngin olan yaşıl yarpaqlı tərəvəzlər, xərçəngə qarşı əhəmiyyətli olduğu kimi, kilo vermək üçün də köməkçi bir qidadır. Kalorisi aşağı olan bu tərəvəzlərlə aclıq hiss etmədən kilo verə bilərsiniz.

Bu yüksək lifli qidalar sizi tox saxlamaqla kifayətlənməyib fəal və sağlam olmağınıza da yardımçı olacaqdır.

Xiyar: B vitaminləri, Fol Turşusu, Vitamin C, Kalsium, Dəmir, Fosfor, Kalium və Sink baxımından zəngin olan xiyarın bir çox faydası var. Baş ağrısından yorğunluğa, ağız qoxusundan sellülitə qədər bir çox problemin öhdəsindən gəlir. Su ehtiyaclarınızı ortadan qaldıraraq tox hiss etmənizi təmin edir. Beləcə, az yemək yeyərək bel bölgəsindəki artıq çəkilərə əlvida deyirsiniz.Lobya: A, B9, C vitamini, dəmir və maqnezium baxımından zəngin olan lobya, vücuda enerji və güc verdiyi kimi, həzmi asanlaşdırılması sayəsində kilo verməyinizi asanlaşdırır. Əgər bel bölgəsindəki artıqlıqlardan xilas olmaq istəyirsinizsə, kalorisi aşağı olan bu lifli qida bol-bol sərf etməyinizdə fayda var.Qarpız: Ləziz bir dadı olan qarpızı çəkinmədən yeyə bilərsiniz. 82% su ehtiva edən və kalorisi olduqca aşağı olan bu meyvə ideal bel ölçülərinə qovuşmaq istəyənlərin menyusunda mütləq yer almalıdır.