Sağlam saçlar üçün dəyərli məsləhətlər

Sağlam saçlar üçün dəyərli məsləhətlər

S

açlar qadınların ən güclü silahlarıdır. Hər qadın ətrafından dəstək alaraq bir tərz sahibi ola bilər, hər qadın lüks mağazalardan geyinərək bir trend yarad bilər ancaq hər qadın sağlam saçlara sahib ola bilməz. Bunun üçün şüursuz bir şəkildə saysız pul töksə də çox zaman nəticə ala bilməz. Halbuki edilməsi lazım olan şeylər olduqca sadə və asandır. Saçlara yaxşı gələn, onların sağlam olmasına səbəb olan bir neçə detalı bilmək və evdə, böyük pullar xərcləmədən bunları tətbiq etmək uzun vəddə mütləq faydalı olacaqdır.Budur sağlam saçlar üçün 5 təklif; Saçlar iki cür bəslənər. Birincisi insan bədənindən, ikincisi isə köklərindən. Daimi bəslənən, bədəninin ehtiyacı olan hər qidanı kafi miqdarda edən kəslərin sağlam saçlara sahib olması üçün əlavə bir şey etməyə ehtiyac qalmaz. Alınan vitamin və minerallar saçları bəsləyərkən sağlam olmasını da təmin edəcək.Saç köklərinə nizamlı olaraq edilən xüsusi baxımlar nəticəsində saçlar sağlam bir hal almaqdadır. Bu baxımların məzmunları saç tipinizə görə dəyişiklik göstərir. Tamamilə orqanik və evdə hər an əlinizin altında olan vəsaitlərlə baxım edə bilərsiniz. Zeytun yağı, bal, yumurta sarısı bunların başında gəlir. Təbii yollarla hazırlaya biləcəyiniz saç maskalarını 15 - 30 günlük fasilələrlə saçlarınıza tətbiqiniz kafi olacaqdır.

Sağlam saçlara sahib ola bilmək üçün əvvəlcə sağlam fərdlər olmanız lazımdır.

Saçlarımız çox həssas və kövrək bir quruluşa malikdir. Hər nə qədər qalın telli və sərt saçlara sahib olsanız da çöldən aldığı zərbələr onların asanlıqla köhnəlməsinə səbəb ola bilər. Xüsusilə saç darama və qurutma əsnasında diqqətli davranmaqda fayda vardır. Hər kəs tərəfindən bilinən bir gerçək vardır ki; oda quru saçları daramamaq lazım olduğudur. Çünki bu tətbiq saçların qırılmasına və sağlamlığını itirməsinə səbəb olur. Bununla birlikdə tez fen çəkdirmək, maşa və düzləşdirici kimi alətləri tez istifadə etmək, nə qədər baxımlı olsalar da köhnəlib gücsüzləşməsinə və zəifləməsinə səbəb olacaqdır.Sağlam saçlara sahib olmaq istəyirsinizsə, onları kəskin hava dəyişimlərindən uzaq saxlayın. Çox isti və ya çox soyuq havalar saçlara zərər verir. Bu dövr əvvəlində saçlarınızı qarşılaşacağı güc vəziyyətlərə qarşı hazırlamağa çalışın. Və o dövrlər gəldiyində saçlarınızı mümkün qədər bu təsirlərdən qorumağa çalışın. Saçlarınıza edəcəyiniz kəskin rəng dəyişmələri də saçlarınız üçün ciddi bir təhdiddir. Bu dəyişmələrin edilə bilməsi və rəngin tuta bilməsi üçün saça həddindən artıq kimyəvi yükləmə reallaşar və bu kimyəvilər saçlarınızın ciddi ölçüdə köhnəlməsinə gətirib çıxarar. Bu cür dəyişmələrdən nə qədər uzaq olsanız saçlarınız o qədər sağlam qalar.