İncə bir bel üçün uzaq durmağınız lazım olan qidalar

İncə bir bel üçün uzaq durmağınız lazım olan qidalar

H

ər qadının ortaq arzusu incə və qüsursuz bir belə sahib olmaqdır. Hər bir insanın xəyalındakı incə bel anlayışı fərqli ola bilər. Bu, insanın bədən quruluşu, boyu və sinəsinin böyüklüyünə görə dəyişiklik göstərə bilər.Hər qadının bədən quruluşu ayrı olmaqla birlikdə, ayaq və gövdə boyuna görə bel forması da fərqlidir. Bəzi bədən tiplərində çox incə bel xoş dayanmaya bilər. Ancaq bel və qarın bölgəsindəki yağlar həm səhiyyə, həm də estetik baxımından əhəmiyyətlidir. Əgər belinizin incə olmağını istəyirsinizsə bunun üçün bəzi yeyəcəkləri yeməməyinizdə fayda var. Məhz yağlı bir bel bölgəsi ilə vidalaşmaq üçün uzaq durmağınız lazım olan qidalar; 1.İncə belə sahib olmaq üçün uzaq durmağınız lazım olan yeməklərin başında çipsi gəlir. Harvard Universitetinin apardığı araşdırmaya görə, doymuş yağlardan ibarət olan çips bel bölgəsində yağ toplanmasına səbəb olur.Bundan başqa, çox duzlu olmaları səbəbiylə orqanizmdə şişkinliyə yol açırlar. Nə qədər çips yeyirsinizsə yeyin doyma hissi yaşamaması kimi bir durum da söz mövzusudur. Fasiləsiz yenilən bir iki paket çips bədəninizə minlərlə yağ və kalori olaraq geri qayıdır. Əgər incə bir belə qovuşmaq istəyirsinizsə, çips yeməkdən imtina etməlisiniz.2.Bel bölgənizi incəltməyə qərar vermisinizsə, qazlı içkilərə əlvida deməlisiniz. Qazlı və şəkərli içkilər orqanizmdən asan atılmayacaq kalori qəbuluna səbəb olur. Maye kalori kimi səciyyələndirilən bu içkilər orqanizmdə yağ yığılmasına səbəb olur. Bel və qarın bölgənizdə yağ əmələ gəlməsini qarşısını almaq üçün qazlı və şəkərli içkiləri qida rasionunuza daxil etməməlisiniz.

İncə bir belə sahib olmaq istəyirsinizsə, bel çevrənizin yağlanmasına mane olmalısınız.

Bəzi insanlar şəkərli olanların yerinə qazlı pəhriz içkiləri üstünlük verir. Ancaq bunların da onlardan geri qalan yanı yoxdur. Qazlı pəhriz içkilər də bel bölgəsində yağlanmaya səbəb ola bilir. Hətta pəhriz içki içənlərin bel bölgəsində daha çox yağlanma görüldüyünü söyləmək mümkündür. Səbəb deyəcək olsanız; Pəhriz içki içənlər kalori baxımından aldıqlarını düşünərək yeməyə daha çox yüklənir. Bu da piylənmə problemini doğurur.3.Yağlanmanı artdıran qidalardan biri də kartof qızartmasıdır. Son dərəcə yağlı bir qida olan kartof qızartması artıq olduqda orqanizmdə yağ toplanmasına yol açır. Araşdırmalara görə, nizamlı kartof qızartması qəbul edən insanların ildə ən azı 1.5 kilo aldıqları sübut olunmuşdur. Hətta bu rəqəm bəzən 7 kiloya qədər çıxa bilir.4.Dost məclislərinin bir nömrəli ləzzətli yeməklərindən olan pizza, tərkibindəki yüksək miqdarda doymuş yağlar baxımından qarın və bel bölgəsində yağlanmaya səbəb olur. Üzərindəki çox yağlı və dadlı ərzaqlar isə insana daha iştah gətirir. Əgər bel bölgənizin artıqlıqlardan xilas olmağını istəyirsinizsə, bir an əvvəl pizza ilə sağollaşın.5.Biftek yeməyin sağlamlığa faydalı olduğu mövzusunda həm fikirik. Ancaq sözügedən antrikot olanda vəziyyət dəyişir. Araşdırmalara görə ətin ən yağlı hissələrindən birinə sahib antrikot orqanizmdə yağlanmaya yol açır. Antrikotu sevir ola bilərsiniz, ancaq sağlamlığınızı və bədəninizi düşünərək çox nadir hallarda qəbul etməyinizdə fayda var.