Ağrılara yaxşı təsir edən 6 qida

Ağrılara yaxşı təsir edən 6 qida

G

ənc, qoca demədən hamımız həyatımızın hər dövründə ağrılarla mübarizə edirik. Kimimiz baş ağrısından əziyyət çəkərkən kimimiz qarın və ya bel ağrısı ilə qıvranıb dururuq. Hal belə olunca əlimiz dərhal ağrı kəsici dərmanlara gedər. Ancaq artıq bir yeriniz ağrıyanda əvvəl soyuducunuzu bir nəzərdən keçirməyinizdə fayda var. Bəlkə də ağrınızı aparacaq şey soyuducunuzda gizlidir.

Gəlin o sehirli qidaları birlikdə öyrənək.

1.Qırmızı dolmalıq bibər: C vitamini baxımından olduqca zəngin bir tərəvəzdir.Tərkibində bir ədəd portağaldakının iki dəfə C vitamini olur. Bir çox xəstəliyə faydası olan C vitamini, oynaqların elastikliyini təmin edən bağ toxumalarını təmin etməkdədir.Aparılan bəzi tədqiqatlara görə C vitamini çatışmazlığı oynaq xəstəliklərinə yol açır. Xüsusilə Artrit kimi xəstəliklərin xəbər verir. Bu tip xəstəliklərdən qorunmaq üçün bol-bol dolmalıq bibər yeməliyik.Həmçinin dolmalıq qırmızı bibərin tərkibində ağrı azaltmağa kömək edən bir komponent vardır.2.Kartof: güclü antioksidantdır. Tərkibində olan zəngin antioksidantlar ilə orqanizminizdə zərər görmüş molekulların bərpasına yardımçı olur.3.Zərdaçal:Orqanizmə yayılmış kimyəvi maddələri məhv etmək üçün ən yaxşı dərman zərdəçaldır(sarıkök). Orqanizmdə gəzən iltihabları ortadan qaldıraraq ağrılarınızı azaldar. Dadını bəyənmirsinizsə həkiminizə məsləhətləşib zərdəçal kapsullarını sınaqdan keçirdə bilərsiniz. Ancaq təbii ki, hər şeyin təzəsi daha məqbuldur. Zərdəçalı şorba və ya salatlara qataraq yeyə bilərsiniz. 4.Göbələk:Sevə-sevə yediyimiz tərəvəzlərdən göbələk, xüsusilə miqren ağrıları üçün bir nömrədir. Araşdırmalara görə, riboflavin və B2 vitamini miqren ağrılarını azaltmaqda olduqca təsirlidir. Bundan başqa, riboflavin beynin enerji metabolizmi ilə əzələ hüceyrələrini inkişaf etdirməyə də köməkçidir. Bu mənada B2 və riboflavin baxımından zəngin olan göbələk miqren ağrılarınıza yaxşı gələcəkdir.5.Alabalıq:Zəngin bir omega 3 mənbəyi olan Alabalıq, qığırdağa zərər verən maddələrin törəməsinə mane olaraq ağrılarınızı azaldar. Bundan başqa, alabalıq şişlikləri aradan qaldırmaqda və qarındakı sərtliyi azaltmada olduqca təsirlidir.6.Zəncəfil:Bir çox xəstəliyə faydası olan zəncəfil, ağrılarınızı yüngülləşdirərək özünüzü yaxşı hiss etmənizi təmin edir. Ağrın olduğunda bir stəkan isti suya zəncəfil əlavə edib özünüzə zəncəfil çayı hazırlayın. Ağrınıza nə qədər yaxşı gəldiyini qısa müddətdə fərq edəcəksiniz. Dadı acı gələrsə bir qaşıq bal ilə şirinləşdirə bilərsiniz.