Bu qidalarla daha tez çəki atın

Bu qidalarla daha tez çəki atın

G

ünümüzdə bir çox insan kilo vermək üçün pəhriz və məşq etməklə ciddi şəkildə məşğul olur. Təbii ki pəhriz və idman növləri ilə yanaşı, nəyi nə üçün yeməli, bunu da bilərək qidaları düzgün seçmək lazımdır. Çəki artımının qarşısını almaq və istənilən çəkidə qalmaq üçün bəzi qidalara mütləq gündəlik qidalanma siyahısında yer verilməlidir. Bəs hansı qidalar metabolizmi sürətləndirmədə təsirli ola bilər? Budur, metabolizmi sürətləndirən qidalar: Zülal: Metabolizmi sürətləndirmək üçün zülalla qidalanın. Zülal olaraq həm heyvan, həm də bitki mənşəli qidalardan qəbul edə bilərsiniz. Zülal alınması daha gec acmağı təmin edər çünki zülal ilə qidalanarkən uzun müddət özünüzü tox hiss edirsiniz. Yumurta, pendir, qatıq və süd mütləq gündəlik qidalanma proqramınızda olmalıdır. Səhər yeməyi günün ən mühüm payıdır, bu səbəblə nahar etməyə əhəmiyyət verin. Səhər yeməyində pendir və yumurta yeyərək çox daha asan şəkildə zülal qəbul edə bilərsiniz . Qırmızı ət zülal siyahınızda yer ala bilər buna qarşılıq qırmızı ətə nisbətən daha az yağ daşıdığına görə balıq, hindi və toyuq daha çox qəbul edilə bilər. Xüsusilə balığı süfrənizdən əskik etməyin.

Həyat keyfiyyətini yüksəltmək, sağlam və fit bir bədənə sahib olmaq üçün öncə fərqindəlik, sonra əziyyət çəkmək üçün qərarlı olmaq və bir az da intizam lazımdır.

Acı istiot:Acı istiot metabolizmi sürətləndirən qidalardan biridir. Hər kəs acı yeyə bilməz amma acı sevənlərdənsinizsə acı bibər tam sizə görədir. Metabolizmi sürətləndirməsinin səbəbi içərisində yerləşən və yandırıcı xüsusiyyətə malik capsaicin adlı maddədir. Acı istiot yeyildikdən sonra, təxminən 3 saat ərzində metabolizm sürətin az qala iki qatına qədər çıxa bilir. Acı bibər yeyərək iştahanızı da azaltmış olarsınız.Darçın:Darçın qan şəkərini tənzimləməsilə yanaşı daha uzun müddət toxluq hissi də verir. Həzm zamanı bədən temperaturunu yüksəldərək metabolizm sürətləndirməsi isə sərf olunan enerji miqdarını artırır. Darçını həmçinin soyduğunuz meyvələrin üstünə də bir az tökərək qəbul edə bilərsiniz xüsusilə alma ilə möhtəşəm ahəng təmin edir. Beləliklə, şirin yemə istəyinizin də ipini çəkmiş olarsınız.Alma sirkəsi: Daşıdığı asetata görə alma sirkəsi metabolizmi sürətləndirənlərdən biridir. Alma sirkəsini salatlara qataraq istehlak edə bilərsiniz. Daha sürətli kilo vermək istəyirsinizsə, alma sirkəsini su ilə qarışdırıb içdikdə kilo vermənizi daha da asanlaşdıra bilərsiniz. Həmçinin alma sirkəsi həzmsizliyə də yaxşı gəlir. Bir stəkan alma sirkəsinə, bir çay qaşığı bal əlavə edərək içmək həzmsizliyi aradan qaldırır.Metabolizm sürətini azaldan amillərdən biri də, suyun kifayət qədər istehlak edilməməsi və gündəlik su ehtiyacının tam ödənməməsidir. Metabolizmi sürətləndirmək və kilo vermək istəyirsinizsə, gündə 2 litr su istehlak etməyə mütləq əhəmiyyət verin. Xüsusilə yeməkdən əvvəl istehlak edilən su metabolizmi sürətləndirir.Yaşıl çay: Bədən temperaturunu artırıb metabolizmi sürətləndirən digər bir qida da fenol adlı bir birləşməyə malik olan yaşıl çaydır. Bel bölgəsindəki yağlanmanın qarşısını almaq, aclıq hissini yatırmaq və metabolizmi sürətləndirmək istəyirsinizsə, gündə iki və ya üç stəkan isti və ya soyuq təzə yaşıl çay üçün. Yaşıl çay ilə birləşdirə biləcəyiniz ən gözəl şey darçındır.Təzə meyvə suları: Su ilə yanaşı, maye istehlakını artırmaq üçün C vitamini ehtiva edən portağal, qreyfrut kimi meyvələrin suyunu da həddindən artığa qaçmadan içə bilərsiniz. C vitaminli içkilər ilə maye istehlakını artırmaqla yanaşı, immuniteti gücləndirərək qış xəstəliklərindən da qorunmuş olarsınız.