Limonlu su içmənin faydaları

Limonlu su içmənin faydaları

L

imonlu su içmənin faydaları.Gündə bol bol su içmək əhəmiyyətlidi. Yaxşı bəs limonlu su?Limon su ilə qarışanda tam bir şəfa qaynağı olur.Hər gün bir stəkan limonlu su içərək günə enerjili başlaya və özünüzü daha gümrah hiss edə bilərsiniz. Limonlu su sağlamlığınız üçün olduqca faydalıdı. C vitamini və kalium baxımından zəngin olan limon suyu, immunitet sistemini gücləndirir.İltihapların meydana gəlməsinin qarşısın alır. Həmçinin iltihab meydana gəlməsinə səbəb olan, urik turşusun yox edib,ariqlamağa kömək edir.

Həzm sistemini toksinlərdən təmizləyir və mədədə yaranan yanma kimi problemlərlə mübarizə aparır.

Nəfəsi təravətləndirir.Dişəti iltihaplarının və diş ağrılarının keçməsinə köməkçi olur. Dişlərinizi limonlu su içdikdən sonra fırçalayın, təsirini hiss edəcəksiniz.İlıq limonlu su boğaz ağrısı, soyuqdəymə kimi xəstəlikləri müalicə edir.Enerjinizi artırır, özünüzü yaxşı hiss etmənizi təmin edər. Limon qoxusunun sakitləşdirici təsiri sayəsində, depressiya, narahatlıq kimi mənfi duyğuları üzərinizdən ataraq özünüzü daha xoşbəxt və gümrah hiss edə bilərsiniz. Cildə yaxşı təsir edir. Limon suyu güclü bir antioksidan olaraq dəri ləkələrini azaldıb dəridəki qırışların aradan qaldırılmasına kömək edir. Böyrəkləri və qaraciyəri təmizləyir. Hazırladı:Babazadə Türkanə