Səssizlik zehnimiz üçün düşündüyümüzdən daha önəmli!

Səssizlik zehnimiz üçün düşündüyümüzdən daha önəmli!

2

011 ci ildə Finlandiya turist heyəti bir məhsul olaraq səssizliyi istifadə etdikləri bir kompaniyanı irəli sürdü. İnsanları bu səssiz ölkənin gözəlliyini tanımağa çağıran bir kompaniya idi. Təbiətdə tək başına olan fiqurların fotoları "Sakit olun,səssizlik!" şüarı ilə istifadə edildi. Simon Anholt, ölkələrin marka dəyərləri üzrə çalışan beynəlxalq bir məsləhətçi, bu kompaniyanı "Danışmaq yox, hərəkət var" cümləsi ilə izah edir. VisitFinland.com un sosial şəbəkə inzibatçısı Eva Kiviranta "Hər yer boş, həqiqətən səssiz və kimsə kimsə ilə danışmır demək yerinə bunu gözəl bir şey olaraq təqdim etmək istədik." deyərək qeyd etdi. Finlandiya həqiqətən böyük bir nəticə əldə etmiş ola bilər. Bunu səssizliyin bir marketinq nöqtəsi olmasının mənbəyi olaraq görəbilərsiniz. Dünyada hər yer daha səs-küylü və qarışıq olanda səssizliyin getdikcə daha təsirli olması gözə çarpılır. Məsələn çox zaman özümüzü səssiz məkanda və yaxud səssizlik olan yerlərdə təsəvvür edərik. Hətta psixoloji araşdırmalar belə səssizliyin zehnimiz üçün düşündüyümüzdən daha önəmli olduğunu göstərirsə, səssizliyə yönəlmək daha faydalı nəticələr verəcəkdir.

Beyin informasiyaları səssizlikdə analiz edib qiymətləndirə bilir- 2001 ci ildə edilən və beynin " səssizlik rejimi" ni təyin edən bir çalışma göstərdi ki, beyin "dinlənmə" rejimində informasiyaları analiz edir. Bununla ardıcıl başqa bir araşdırmaya görə isə, "səssizlik rejimi" eyni zamanda "özünü əks etdirmə" vəziyyətində də istifadə edilir. Joseph Moranın yazdığı və 2013 cü ildə Frontiers in Human Neuroscience da dərc olunan məqalədə beynin səssizlik rejim şəbəkəsinin ən çox insanın öz şəxsiyyətini əks etdirmə müddətində çalişdığı ifadə edilmişdir, məsələn, özünü tanıma, özgüvən haqqında düşünmə kimi. Moran və dostlarına görə beyin dincəldiyində daxili və xarici informasiyaları "şüurlu çalışma sahəsi"nə əlavə edə bilmək funksiyasına sahibdir. Səs ya da məqsədli bir iş olmadığında, bu şüurlu çalışma sahənizə bir şeyləri çatdıracaq bir fürsət tapırsınız. Bu səssizlik periodlarında beyniniz, daxili və xarici dünyanızda yerini kəşf edəcək azadlığı əldə etmiş olur. Səssizlik rejimi dərin şeyləri yaradıcı şəkildə düşünmənizə kömək olur. Eləcə də, Herman Melvillenin yazdığı kimi " Bütün dərin şeylər və duyğular səssizlikdə ortaya və ön plana çıxar".

Səssizlik stres və gərginliyi azaldar- Səs-küyün beynimizdə fiziki bir təsir yaratdığını hamımız bilirik. Gurultu stres hormonlarının səviyyəsini artırır. Səs dalğaları beynimizə qulaq vasitəsilə elektronik siqnallar olaraq çatır. Bədənimiz bu siqnallara yatanda belə reaksiya göstərir. Beynimizin yaddaş formalaşması və duyğularla əlaqəli olan bölgəsi amigdala( beynin temporal loblarında meydana gəlir) tərpənir və stresə yol açır. Əgər davamlı səs-küylü bir mühitdə yaşayırsınızsa, böyük ehtimalla xronik yüksək stres ilə qarşılaşa bilərsiniz. Psychological Science jurnalında 2002 ci ildə dərc olunan bir çalışmada Munich Hava Limanının daşınmasının uşaqların sağlamlığı və şəxsi inkişafı üzərində təsiri araşdırıldı. Araşdırma nəticəsində Cornell Universitetində İnsan Ekologiyası professoru Gary W.Evans qeyd etmişdir ki, səs-küylə qarşılaşan uşaqlar stresə qarşı bir reaksiya yaradıb səsi yox saymağa başlayırlar. Bu məsəldə qəribə olan şey sadəcə hirsli ya da zərər verici səsləri deyil, eyni zamanda diqqət etmələri lazım olan "danışma" söhbət kimi səsləri də yox sayırlar. İnsan beyni üzərində səssizlik gurultunun tam əksi olan bir təsirə sahibdir. Gurultu, stres və sinirə yol açanda səssizlik, bədəndəki və zehindəki gərginliyi yox edir. Heart jurnalında dərc olunan bir çalışmaya görə iki dəqiqəlik səssizlik "sakitləşdirici musiqi" dinləməkdən daha rahatladır. Bu kəşflər nəbzin və beyindəki qan axışının vəziyyətinə görə müəyyən edilmişdir. Korreksiya etdi: Fidan Hüseynli