Üzdəki qara nöqtələr üçün maska

Üzdəki qara nöqtələr üçün maska

E

vdə qara nöqtələrdən xilas olmaq üçün təbii və asan bir usul var:Yumurta ağı maskası! Bu təsirli gözəllik sirri ilə,qara nöqtələri dərinizdən temizləyə biləcəksiniz. Dəri gözənəklərinin açılmış,qara nöqtələrin yumşalmış olması maskanın daha çox təsir göstərməsini təmin edir. Buna görə,yumurta ağı maskasını duşdan sonra və ya üzünüzü su buxarına tutduqdan sonra tətbiqi tövsiyə olunur.

Yumurta ağı ilə qara nöqtələrdən xilas olmanın asan yolu

Qara nöqtə təmizliyi üçün lazım olan vəsait çox sadə: Bir ədəd yumurta ağı,bir ədəd mətbəx fırçası,incə bir qat salfet. Vəsaitlər hazır olduqda,tətbiqə keçin. Yumurta ağını bir kasada yaxşıca çırpın.Fırça köməyiylə qara nöqtə olan bölgələrə vurun.Üzərini örtəcək şəkildə incə bir qat salfet yapıştırın.Salfetin üzərindən bir qat yumurta ağıyla keçib,quruması üçün təxminən 10 dəqiqə gözləyin. Yumurta ağı maskası quruyub,qara nöqtə təmizləmə bandı kimi sərtləşdiyində uclarından başlayıb yavaş-yavaş soyaraq maskanı çıxarın. Üzünüzü ilıq su ilə yuyub sonra nəmləndirici krem ​​vurun. Qara nöqtə təmizliyi və dəriyə qulluq üçün bu maskanı hər həftə təkrarlayın.Hazırladı:Babazadə Türkanə