Sağlam dəri üçün məsləhətlər

Sağlam dəri üçün məsləhətlər

S

ağlam bir dərinin təməlində əlbəttə doğru bəslənmə dayanır. Doğru bəslənmə vərdişi və doğru qidalar ilə, dəri, daha gənc və sağlam bir görünüşə sahib olur. Əla görünüşlü bir dəri üçün nahar etməyi unutmayın. Güclü bir səhər yeməyi, sağlamığ və gözəllik üçün çox əhəmiyyətli pay daşıyır.Səhər yeməyində yeyilən bal,meyvələr, su, meyvə suyu və süd dərini, məruz qaldığı mənfi xarici faktorlara qarşı gücləndirmənin yanında nəmləndirir.Sabahları aç qarınına içilən suyun, dərini daxildən bəsləyərək nəmləndirdiyi, bol maye qəbul etmənin dəri qurumasının qarşısını alıdıqı bilinir. Pomidor və pomidor suyu dəri sağlamlığı üçün çox əhəmiyyətlidir. Çünki çox güclü bir antioksidant olan likopenin əsas qaynağıdır. Xüsusilə quru dəri üzərində olduqca təsirlidir.

Yumurta tam mənasıyla zülal qaynağıdır və dəri quruluğuna qarşı qoruyucu təməl vitamin olan biotinə sahibdir.

Brokoli dəri üçün olduqca faydalı bir tərəvəzdir. Dərinin yenilənməsini və nəmli qalmasını təmin edərək dəri quruluğunun qarşısını alır. Xüsusilə yüngül yağlı şəkildə hazırlanmış olan brokoliyi istifadəsi faydalıdır. Qoz içində olan Omega-3ün ən güclü qaynaqlarından biri olduğuna görə gün içində istifadəsi tövsüyə olunur.Yağ turşusu məzmunu sayəsində dərinin elastikliyini artıraraq yaşlanmağı gecikdirir və daha hamar bir dəriyə sahib olunmasını təmin edir. Nar, yüksək antioksidan məzmunu səbəbiylə 'super qida' olaraq adlandırılır. Nar və nar suyu, genişlənmiş damarların görünüşlərini azaldaraq dərinin daha sağlam görünməsinə kömək edir. Qırmızı üzüm, zoğal, çiyələk, albalı,kimi qırmızı meyvələrin hamısı, dəri üçün ən yaxşı potensial antioksidan təmin edir.Hazırladı:Babazadə Türkanə