Qarpızın faydaları

Qarpızın faydaları

M

ülayim və isti iqlimdə yetişən,soyuqa qarşı çox həssas olan qarpız,yay mövsümünün mükəmməl bir sərinlədici giləmeyvəsidir. Yay aylarının sevilən giləmeyvəsi olan qarpız həddindən artıq istilərdə sərinlədici xüsusiyyətiylə ön plana çıxır.Xüsusilə likopen və C vitamini baxımından zəngin bir giləmeyvə olan qarpız xərçəngə tutulma riskini azaldır və bədənin immunitet sistemini gücləndirərək xəstəliklərə qarşı müqaviməti artırır.Buna görədə isti yay aylarının ən məşhur giləmeyvəsi halına gəlmişdir. Içərisində bol miqdarda likopen maddəsi saxlayir.Likopen meyvə və tərəvəzlərə qırmızı rəngi verən xərçəngi önləyən,sarı nöqtə və katarakt xəstəliklərinə qarşı olduqca faydalı bir maddədir.Yüksək xolesterola bağlı damar tutulmalarının qarşısını alır. Qarpızın daha bir faydası isə onun yüksək qan təzyiqini aşağı salmasıdır.

Qarpız böyrəkləri təmizləməklə qan dövranını yaxşılaşdırır.

Kalori olaraq olduqca aşağı və bəsləyici olması səbəbiylə pəhriz siyahılarınında imtina edilməzidir.Eyni zamanda lifli bir quruluşa sahib olması toxluq hissi verir. İçərisində olan bol miqdarda A vitamini sayəsində göz üçün çox faydalıdır.Göz quruluğu, göz infeksiyası və görüş zəifliyi kimi bir çox problemə yaxşı təsir edir. C və A vitamini,kalsium,dəmir,maqnezium,fosfor,kalium,mis və manqan baxımından zəngin bir giləmeyvədir.Lif baxımından zəngin olması həzmi asanlaşdırır. Alma və qarpız kimi sərt meyvələr təmizlik təmin edərək ağızda çürüklərə səbəb olan turşu miqdarını azaldır.Bu sayədə diş və diş ətləri üçün olduqca faydalıdır.Qarpızın xüsusilə qabığında ki ağ qisim ağızda çeynənilərək qarqara edildiyində ağzın içini təmizləyir.Ağızda yaranan pis qoxulara qarşı da təsir göstərir. Qarpız qabığında olan sitrülinin və resrevetrol maddələri; qan dövranını sürətləndirən, antioksidan baxımından zəngin olması səbəbiylə xərçəng önləyici və yaşlanmağı gecikdirici xüsusiyyətlərə sahibdir.Hazırladı:Babazadə Türkanə