Payızda dərinizə ev şəraitində qulluq etmək üçün maskalar

Payızda dərinizə ev şəraitində qulluq etmək üçün maskalar

İ

lk öncə bunu vurğulamalıyıq ki, üzə qulluq hər zaman,hər fəsildə vacibdir.Ancaq unutmayaq ki, daxil olan yeni fəsil öz gəlişi ilə bərabər dəridə də qüsurların yaranmağına səbəb ola bilir. Havaların dəyişkənliyi və soyumağı səbəbilə də dəriyə xüsusilə qulluq etməliyik.

Hər gün bu maskalardan istifadə etsəniz, dəriniz daha da cavanlaşacaq.

1 xörək qaşığı bala 2 ədəd əzilmiş badam qatın. Daha sonra 1 çay qaşığı limon şirəsi tökün, qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. 1 kasa qatığa 1 çay qaşığı razyana toxumu və bitkisinin əzilmiş yarpaqlarını töküb qarışdırın. Üzə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyun.